Şirkətimiz PVC profil istehsalına 1982-ci ildə başlamışdır. Qısa zamanda sektorda ilklər arasına daxil olmuş və keyfiyyətli, yenilikçi, estetik, sərfəli, çevrə dostu, yenilənə bilən profil seçimləri ilə fərq yaratmışdır. Şirkətimiz hər istehlakçının ehtiyacını və bəyənisini qarşılayacaq fərqli profil seçimlərinə sahibdir. 39 ildir Pəncərəyə adını verən Pimapen PVC profil sektorundakı liderliyini bu gün də qoruyub saxlayan ən böyük PVC istehsalçılarından biridir.
Missiyamız – istehlakçını yerli və xarici olmasını ayırd etmədən keyfiyyətli PVC profil ilə təmin etməkdir. Ən son texnologiyalarla hazırlanmış profillərlə pəncərələrinizi qovuşdurmaqdır.
Vizyonumuz- inkişafına daim investisiya edən, müştərilərə təqdim etdiyi PVC profil çeşidləri ilə sektorda öncü olmaq, daim irəli getmək, xidmət keyfiyyəti ilə seçilən marka yaratmaqdır.
Hədəfimiz – keyfiyyətli pəncərələr, təmiz işçilik, məmnun müştərilər və gülən üzlərdir. Ən yaxşı reklamımız Pimapen istifadəçilərinin məmnunniyətidir.
Prioritet vəzifəmiz - keyfiyyətli və uzunömürlü məhsullar istehsal edərək məkanlarınıza daşımaq və rahatlığınızı təmin etməkdir. Hər məkana xoşbəxtlik gətirən profil brendi "Pimapen"-dir.